Arıqlamaq üçün ən yaxşı üsul

Arıqlamaq üçün ən yaxşı üsul

Səhər saat yeddi ilə doqquz arasında acqarına fiziki fəaliyyət sürətli və effektiv arıqlamağı təmin edir.

Bu qənaətə ABŞ-ın Franklin Pirs Universitetinin alimləri gəlib.

 “Cebhe.info” xəbər verir ki, araşdırmanın nəticələri “The Obesity Society's Journal”-da dərc olunub.

Araşdırma zamanı alimlər artıq çəkidən qurtulmaq istəyən 5 min insanın məşq fəaliyyəti haqqında məlumat toplayıblar. İştirakçıların nə vaxt məşq etdiklərini izləmək üçün tədqiqatçılar onlara müşahidə müddəti ərzində biləklərində xüsusi fitnes bantları taxmağı tapşırdılar. Təcrübənin sonunda tədqiqatçılar subyektlərin nə qədər artıq çəki itirdiklərini qeyd ediblər.

Məlum olub ki, səhər məşqləri (saat 7:00-dan 9:00-a qədər) acqarına daha təsirli arıqlamağa kömək etdi. Alimlər izah ediblər ki, bir gecəlik orucdan sonra əzələlərin əsasən yanacaq kimi istifadə etdiyi qlükoza səviyyəsi azalır. Bu, o deməkdir ki, məşqləri yerinə yetirmək üçün enerji daha çox mövcud yağ ehtiyatlarından gələcək.

Tədqiqatçılar deyirlər ki, arıqlamaq üçün səhər məşqləri uzun sürməli deyil. Yağ yandırmaq üçün qaçış və ya velosiped sürmə kimi 40 dəqiqəlik aerobik məşq kifayət edər.

Xəzər
“Cebhe.info”