Diş ətinin iltihabı ürək xəstəliyinə səbəb olur

Diş ətinin iltihabı ürək xəstəliyinə səbəb olur

Ağız və diş sağlamlığı orqanizm üçün olduqca önəmlidir. 

"Cebhe.info" xəbər verir ki, ağız boşluğunun gigiyenasına diqqət yetirilməməsi bakteriyaların böyüməsinə və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Alimlər ağız və diş sağlamlığına laqeyd yanaşmanın diş itkisi ilə yanaşı ürək sağlamlığına da mənfi təsir etdiyini bildirir. 

Elmi araşdırmalar sübut edib ki, diş və diş əti iltihabı birbaşa ürək xəstəliyinə səbəb olur.

Bu səbəbdən həkimlər diş fırçamızı iki aydan bir dəyişməli və hər gün diş ipi və ya diş arası fırça ilə dişlərimizi təmizləməli olduğumuzu bildirir. Bu, ürəyimiz və damar sistemimiz üçün həyati əhəmiyyət kəsb edir.

Həkimlər bildirir ki, uşaqlıqdan müntəzəm diş həkimi müayinələrinə başlamaq və ildə ən az iki dəfə diş həkiminə baş çəkmək, ciddi diş və diş əti xəstəliklərinin erkən diaqnozunda mühüm rol oynayır.

Naibə
"Cebhe.info"