Azərbaycanda aliment verməkdən yayınanların şok statistikası

Azərbaycanda aliment verməkdən yayınanların şok statistikası

Azərbaycanda bir il ərzində aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxslərin axtarışa verilməsinə dair rəsmi statistika açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Belə ki, rəsmi məlumata görə, 2023-cü ildə 11 217 nəfər aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxs kimi axtarışa verilib. Nəticədə aliment ödəməkdən yayınan 6661 nəfərin yeri müəyyən edilib.

Aliment ödəmək istəməyən 4 556 nəfərin axtarışı isə ilin sonuna kimi nəticəsiz qalıb.

Rəsmi statistikaya görə, ötən il aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxslər 2022-ci illə müqayisədə 106 faiz təşkil edib ki, bu da artım deməkdir.

"Cebhe.info"