Pis hava şəraiti paytaxtda problemlər yaradıb - Həyətləri su basıb

Pis hava şəraiti paytaxtda problemlər yaradıb - Həyətləri su basıb

Gürcüstanın paytaxtı Tiflisdə pis hava şəraiti şəhər kənarında yaşayan sakinlər üçün problemlər yaradıb.

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər bələdiyyəsi məlumat yayıb.

Güclü yağış nəticəsində Muxiani kottec kəndində həyətyanı sahələri su basıb, Qldani rayonu da zərər çəkib, Qldanula çayı öz sahilindən çıxıb. Bəzi yerlərdə yol infrastrukturu zədələnib, ağaclar aşıb.

Artıq Fövqəladə Hallar Xidmətinin və meriyanın əməkdaşları fəsadların aradan qaldırılmasına başlayıb.

"Cebhe.info"