Xaçmazdakı erkən nikahla bağlı açıqlama: “Qızın 17 yaşı...”

Xaçmazdakı erkən nikahla bağlı açıqlama: “Qızın 17 yaşı...”

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb.

Hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir.

Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı kişi ilə toyunun olduğu qeyd olunur.

Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədov Bizim.Media-ya açıqlamasında həmin məktəblinin 6-cı sinifdən məktəbə gəlmədiyini və iki il gəlmədiyi üçün məktəbdən çıxarıldığını deyib.

Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.

Məsələ ilə bağlı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyin sədri Kəmalə  Ağazadə "Cebhe.info"-ya açıqlamasında bildirib ki, qızın 17 yaşı tamamdır, iyun ayında isə 18 yaşını tamamlayacaq:

"Ötən gün bizə 12 yaşlı qızın da nişanlanması ilə bağlı məlumat daxil olub. Bu məsələ ilə bağlı isə araşdırma aparılır".

Ləman İsmayıl
"Cebhe.info"