Yayılan xəstəlik nədir? - “Çox qorxulu...”- HƏKİM

Yayılan xəstəlik nədir? - “Çox qorxulu...”- HƏKİM

Son zamanlar ölkəmizdə mövsümi xəstəliklər geniş yayılıb.

Artıq ailəmizdə, iş yerimizdə və ətrafımızda xəstələnən insanların sayı durmadan artır. Xəstəlik qripəbənzər simptomlarla özünü göstərir. Lakin koronavirus və son vaxtlarda yayılan infeksiyalardan xeyli fərqlənir. Bəziləri bunu mövsümi virus da adlandırır. Üstəlik, uşaqlar arasında yoluxmanın böyüklərə nisbətən xeyli çox olduğu nəzərə çarpır. Xüsusilə uşaq poliklinikalarına, xəstəxanalarına müraciətin artdığı deyilir. 

Tanınmış pediatr Aytən İsmayılzadə “Cebhe.info”-ya açıqlamasında bildirib ki, yenə də virus infeksiyaları yayılıb:

“Yaxşı hal odur ki, qızılca virusuna yoluxanların sayı azalıb. Daha çox uşaqlar arasında streptokok mikrobu və skarlatin xəstəliyi yayılıb. Bu qripəbənzər vəziyyət çox qorxulu deyil. Lakin ağırlaşmalar verə bilir”. 

Həkim virusun simptomlarından da söz açıb: 

“Kimdəsə qulaq tərəfindən, kimdəsə burunətrafı ciblərin iltihablanması haymorid, frontit, bronxit və pnevmaniya kimi ağırlaşmalar verə bilər. Daha çox yuxarı hissədə olan ağırlaşmaları görürük. Ümumiyyətlə, insanların çox nazik geyinməməsi və özlərini soyuğa verməmələrini tövsiyə edirəm. Çünki virus infeksiyası var və o, soyuğun fonunda ağırlaşa bilər”. 

Elmir Mustafa 
“Cebhe.info”