Azərbaycanda qurbağa əti satılır: Varlıların delikatesi - VİDEO

Azərbaycanda qurbağa əti satılır: Varlıların delikatesi  - VİDEO

Azərbaycanda qurbağa ətinin satışı başlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, müvafiq satış elanları “TikTok” sosial şəbəkəsində sürətlə yayılır. 

Qurbağanın bir ədədinin qiyməti 2 AZN-dir. Məlumatda bildirilir ki, dondurulmuş qurbağa ölkəmizə əsasən Vyetnamdan gətirilir.

Satıcıların sözlərinə görə, satış sürətlə artır.

Qurbağa ətindən delikates kimi istifadə edənlər var və əsasən imkanlı şəxslərin sevimli delikatesinə çevrilir.

https://www.tiktok.com/@deniz_evi/video/7504210482698505490

Xəzər
“Cebheinfo.az”