Biabırçı olimpiada qalmaqalı böyüyür: Professor Təhsil İnstitutuna faktlarla cavab verdi

"Mənim 10 aprel 2025-ci il tarixli “Təhsil İnstitutunun biabırçı olimpiadası – 30 sualdan 9-u səhvdir” adlı məqaləmlə bağlı Təhsil İnstitutunun açıqlamasında qeyd olunur ki, “Doqquz sualda səhv olduğu ilə bağlı iddialar əsassızdır.
Dörd sualda səhv olub və həmin sualların cavabı bütün iştirakçıların xeyrinə həll olunub”. Facebookda izləyicilərdən biri şərh bölümündə qeyd etmişdi ki, “gələcəkdə 30 sualdan 30-u da səhv olacaq. Üstəlik həmin səhvləri heç aşkar edən də tapılmayacaq”. Deyəsən bu proses başlayıb. Ən azından artıq Təhsil İnstitutu səhv və düz tapşırıqları ayırd edə bilmir".
"Cebheinfo.az" xəbər verir ki, bunu Riyaziyyat elmləri doktoru, professor Rəşid Əliyev deyib.
O, aydınlıq məqsədi ilə 23 fevral 2025-ci il tarixdə ARTİ tərəfindən təşkil olunan riyaziyyat fənni üzrə RFO Respublika mərhələsinin yuxarı yaş qrupu üzrə yarımfinal turunda iştirakçılara təqdim olunmuş səhv tapşırıqların izahını qeyd edib (mötərizədə tapşırığın olimpiadada təqdim olunma nömrəsi qeyd olunub) və təklif edir ki, Təhsil İnstitutu inanılmış, təcrübəli müəllimlərdən ibarət Komissiya yaradıb onun da iştirakıyla neçə tapşırığın səhv olduğunu araşdırsın.
"Cebheinfo.az"