RFO-nun biologiya fənni üzrə praktik turu keçiriləcək - FOTOLAR

Mayın 1-də Respublika fənn olimpiadalarının biologiya fənni üzrə praktiki turu keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, praktiki turun izlənilməsi üçün sabah saat 10:30-da imtahanların keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalına infotur təşkil ediləcək.
İnfoturda nazirlik rəsmiləri, Təhsil İnstitutunun rəhbərliyi, təhsil ekspertləri və media nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, VIII-XI sinif şagirdlərinin iştirak etdiyi respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.
Nigar
"Cebheinfo.az"