9 terrorçu zərərsizləşdirilib

9 terrorçu zərərsizləşdirilib

İraqın şimalında həyata keçirilən hava əməliyyatlarında Hakurk bölgəsində 6, Gara bölgəsində isə 3 PKK terrorçusu zərərsizləşdirilib.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada belə deyilir. 29 noyabr - 1 dekabr 2024-cü il tarixləri arasında İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində 9 PKK terrorçusunun zərərsizləşdirildiyi açıqlanır:

"Türk Silahlı Qüvvələrimiz terrorçuların nəfəs almasına imkan vermir! 29 noyabr-1 dekabr 2024-cü il tarixləri arasında İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində 6-sı Hakurk bölgəsində, 3-ü Garada olmaqla ümumilikdə 9 PKK terrorçusu məhv edilib. Terorun qaynağını qurutmaqda qərarlıyıq".

Nigar Hacılı 
"Cebheinfo.az"