Tramp erməniləri və azərbaycanlıları Kosta-Rikaya deportasiya edib

Tramp erməniləri və azərbaycanlıları Kosta-Rikaya deportasiya edib

Fevral ayında ölkəni qeyri-qanuni mühacirlərdən “təmizləmək” kampaniyası çərçivəsində ABŞ-dən deportasiya edildikdən sonra 200 nəfərlik bir qrup təyyarə ilə Kosta-Rikaya aparılıb.

"Cebheinfo.az" bu barədə SWI-ya istinadən xəbər verir.

Deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Türkiyə, Çin, Rusiya, Gürcüstan, Qazaxıstan, Hindistan, Özbəkistan, Konqo, Vyetnam və Nepal vətəndaşları olub.

Qrupdakı 16 Çin vətəndaşı Kosta-Rika hakimiyyətlərindən siyasi sığınacaq istəyib. Hazırda ölkənin Miqrasiya və Xarici Vətəndaşlarla İş üzrə Baş İdarəsi onların müraciətlərinə baxır. Sığınacaq üçün müraciət edənlərin immiqrasiya təcridxanasını tərk edib Kosta-Rikada işləmək hüququ var.

Deportasiya edilənlərdən 84-ü artıq ölkələrinə qayıdıb, 94-ü isə sığınacaqda qalmaqda davam edir.

Kosta-Rika hökuməti bildirib ki, ABŞ Dövlət Departamenti bu insanlara humanitar yardım və qayğı göstərmək üçün Beynəlxalq Miqrasiya Təşkilatına (IOM) maliyyə dəstəyi verir. Bununla belə, Kosta-Rikanın cənubundakı Panama ilə sərhədə yaxın Korredores şəhərində yerləşən CATEM sığınacağındakı şərait İnsan Haqları İzləmə Təşkilatı və ayrı-ayrı millət vəkilləri də daxil olmaqla hüquq qruplarının tənqidinə səbəb olub.

Xəzər

"Cebheinfo.az"