“Azərbaycana səfər mənim üçün vacib idi” - Kavelaşvili

“Bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir”.
Bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
“Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi.
Şadam ki, artıq cənab İlham Əliyevlə görüşmək imkanım olub. Biz Gürcüstanla Azərbaycan arasında çoxşaxəli nümunəvi əlaqələr, Cənubi Qafqaz regionunun çağırışları, dünyada gedən cari proseslər barədə düşüncələrimizi və fikirlərimizi bölüşdük”, - Kavelaşvili bildirib.
"Cebheinfo.az"