“Eşref Rüya”dan möhtəşəm yüksəliş

“Eşref Rüya”dan möhtəşəm yüksəliş

Türkiyənin “Kanal D” telekanalının yeni iddialı serialı “Eşref Rüya”nın reytinqləri kəskin yüksəlib.

“Cebheinfo.az” xəbər verir ki, ekran işinin ötən axşam yayımlanan 3-cü bölümü böyük marağa səbəb olub.İddialı serial həm “AB”, həm də “ABC1” kateqoriyasında zirvədə yer alıb.

Layihənin “AB” kateqoriyasında reytinqləri 2,05, “ABC1”-də isə 1,40 bal artıb. “Eşref Rüya”nın ən böyük yüksəlişi isə “Total” kateqoriyasında yaşanıb.

Ekran işinin reytinqləri sözügedən kateqoriyada 1,75 bal artaraq 5,35-ə çatıb. Bununla da serial “Total” kateqoriyasında 3-cü sıraya yüksəlib.

Üstəlik, “Eşref Rüya”nın son bölümü “YouTube”da da 10 saata 2 milyona yaxın izlənib.

Elmir Mustafa
“Cebheinfo.az”