Anar yazıçıdan 5 000 manat tələb edir

Xəbər verdiyimiz kimi, şair İlham Qəhrəmanın Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrılması və mənzil bölgüsündə haqsızlığa məruz qalması ilə bağlı irəli sürdüyü iddialar AYB sədri, Xalq yazıçısı Anar Rzayev tərəfindən məhkəmə müstəvisinə çıxarılıb.
Azərbaycan Yazıçılar Birliyi qarşı tərəfdən həm üzr, həm də maddi təzminat tələb edir.
Şair İlham Qəhrəman “Cebheinfo.az”a açıqlamasında məhkəmə prosesinin bu gün keçiriləcəyini bildirib:
“Məhkəmə bu gün saat 17:00-da baş tutacaq. İddia ərizəsində 5 000 manat məbləğində təzminat göstərilib”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”