Aramsız yağışa görə bu yol bağlandı

Aramsız yağışa görə bu yol bağlandı

Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsi aramsız yağış səbəbindən bağlanıb.

"Cebheinfo.az" “Report”a istinadən verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.

Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.

Problem səhər saatlarından davam edir.

"Cebheinfo.az"