Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi: 1 ay...

Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi: 1 ay...

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalovun həbs müddəti uzadılıb.

"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.

Belə ki, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti 1 ay uzadılıb.

Qeyd edək ki ötən ilin dekabrında saxlanılan "Vaqa" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

"Cebheinfo.az"