ABŞ-da 100-dən çox tələbə saxlanıldı
ABŞ-ın Nyu-York şəhərində Kolumbiya Universitetinin şəhərciyində Fələstinə dəstək məqsədilə təşkil edilən oturaq aksiyada 100-dən çox tələbə saxlanılıb.
"Cebhe.info" xəbər verir ki, bu barədə “CNN” məlumat verib.
Bildirilib ki, Nyu-York Polis Departamenti (NYPD) etirazı dayandırmaqdan imtina edən hər kəsi həbs edəcəklərini elan etdikdən sonra tələbələrə müdaxilə edib.
Universitetin rektoru Minoçe Şafik isə aksiyanın universitetin fəaliyyətə təhlükə törətdiyini deyib: "Biz bu insanların çıxarılması üçün NYPD-dən kömək istəyirik".
Nigar Hacılı
"Cebhe.info"