ABŞ-də silahlı şəxs uşaqlara hücum etdi

ABŞ-nin Bruklin şəhərində bazar günü baş verən hadisədə 49 yaşlı Lun Çanq Çen adlı kişinin qəssab bıçağı ilə dörd uşağa hücum etdiyi bildirilir.
"Cebheinfo.az" xəbər verir ki, Nyu-Yorkun polis komissarı Cessika Tiş verdiyi açıqlamada, polis məmurlarının 84-cü küçədəki bir evə saat 10:15 radələrində gəldiyini və içəridən qışqırıq səsləri eşitdiyini söyləyib. Tiş bildirib ki, məmurlar qapını sındırıb içəri girəndə əlində qanlı qəssab bıçağı olan təcavüzkarla qarşılaşıblar.
Səlahiyyətlilər hücum edənin şəxsiyyətinin müəyyən edildiyini, lakin evin sakinləri ilə bağlı hələlik heç bir məlumatın olmadığını bildirib.Tiş hadisə zamanı 16, 13, 11 və 8 yaşlı 4 qızın ağır xəsarətlərlə xəstəxanaya aparıldığını, uşaqların həyatının təhlükədə olmadığını bildirib. Tiş hadisənin "çox fərqli şəkildə bitə biləcəyini" vurğulayıb və şübhəlinin hücumun baş verdiyi evdə yaşamış ola biləcəyini izah edib.“The New York Post” qəzetinin yazdığına görə, Tiş şübhəlinin hücumu zamanı mənzildə beşinci uşağın olduğunu deyib və əlavə edib:
"Əməkdaşlar evə daxil olan zaman əlində qana boyalı bıçaq olan hücumçu ilə qapının yanında rastlaşıblar. Döşəmənin də qan içində olduğunu görən məmurlar hücumçuya bıçağı yerə qoyaraq təslim olmasını bildiriblər.Hücumçu bundan imtina edərək onlara tərəf addımlayanda zabitlər atəş açıb və hücum edən şəxsi zərərsizləşdirib".Səlahiyyətlilər, beşinci uşağın kömək almaq üçün evdən qaçdığını bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"