Afrikadakı anomal istilərin səbəbi bəlli oldu

Afrikadakı anomal istilərin səbəbi bəlli oldu

Alimlər Qərbi Afrika və Sahel bölgəsindəki anomal istilərin səbəbini insan amili ilə əlaqələndiriblər.

"Cebhe.info" xəbər verir k, tədqiqatçılar, qalıq yanacaqların yandırılması kimi insan fəaliyyətlərinin temperaturu normaldan 1,4 dərəcə artırdığını ifadə edərək, bölgədə insan təsiri olmadan anomal istilərin yaşanmasının "mümkünsüz" olduğuna diqqət çəkiblər.

"World Weather Attribution"-ın alimlərinin yeni araşdırması, kömür, neft və qazdan uzun müddət istifadə, eləcə də meşələrin qırılması kimi digər fəaliyyətlər baş verməsəydi, gecə və gündüz temperaturunun bu qədər yüksək səviyyədə qalması mümkün olmayacağını ortaya qoyub.

Araşdırmalar göstərir ki, iqlim dəyişikliyi səbəbindən Mali və Burkina Fasoda temperatur orta səviyyədən 1,5 dərəcə, gecə isə 2 dərəcə daha isti olduğu müəyyən edilib.

Nigar Hacılı 
"Cebhe.info"