“Axmaq olmayın!” - Tramp

“Axmaq olmayın!” - Tramp

ABŞ Prezidenti Donald Tramp amerikalılara sakitliyi qorumalarını tövsiyə edib və ölkələrinin qüdrətli olacağına söz verib.

O bu barədə “Truth Social” hesabında yazıb.

“Zəif olmayın! Axmaq olmayın! Zəif və axmaq insanlar üzərində qurulmuş yeni “Təşviş partiyası” olmayın. Güclü, cəsarətli və səbirli olun. Nəticə əzəmət olacaq”, - o qeyd edib.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkədən idxal olunan məhsullara rüsumların tətbiq edildiyini elan edib. Bundan sonra ölkədə ona qarşı etirazlar başlayıb.

"Cebheinfo.az"