Bina çökdü: 15 nəfər həyatını itirdi

Bina çökdü: 15 nəfər həyatını itirdi

Hindistanın Maharaştra ştatında bir binanın çökməsi nəticəsində 15 nəfərin həyatını itirdiyi, 9 nəfərin isə yaralandığı bildirilib.

"Cebheinfo.az" “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki, Maharaştra ştatının Virar şəhərində yerləşən 4 mərtəbəli bina uçub.

Rəsmilər hadisə nəticəsində 15 nəfərin öldüyünü, 9 nəfərin isə yaralandığını açıqlayıblar.Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir. Rəsmilər, qanunsuz şəkildə inşa edildiyi iddia olunan binanın podratçısının saxlanıldığını da qeyd ediblər.

Nigar Hacılı 
"Cebheinfo.az"