“BMW”-dən yenilik

“BMW”-dən yenilik

Almaniyanın “BMW” avtomobil nəhəngi 2026-cı ildən etibarən informasiya və kommunikasiya texnologiyaları sahəsində dünya lideri olan “Huawei” şirkətinə məxsus "HiCar" sistemini Çin avtomobillərinə inteqrasiya edəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Almaniyanın Münxen şəhərində yerləşən avtomobil istehsalçısı "BMW Group" məlumat yayıb.

Bildirilib ki, "BMW" 2026-cı ildən etibarən yerli istehsal olunan yeni atomobil modellərinə “Huawei” şirkətinə məxsus "HiCar" sistemini tətbiq edəcək. Bu tətbiq cihazları avtomobillərlə əlaqələndirməyə imkan verir.

Şirkətin açıqlamasına görə, "BMW" və "Huawei", sürücülər üçün "Harmony" əməliyyat sistemi əsasında ağıllı tətbiqlər hazırlamaq üçün əməkdaşlıq edir.

Bu əməkdaşlıq "Huawei" cihazlarından istifadə edən Çinli "BMW" sürücülərinə daha rahat və funksional bir idarəetmə təcrübəsi qazandırmağı hədəfləyir.

Bundan əlavə, “BMW” Çinli tərəfdaşları ilə əməkdaşlığı genişləndirmək və onların "BMW"-nin qlobal innovasiya ekosisteminə daha sıx inteqrasiyasını təmin etmək istiqamətində iş apardığını bildirib.

Səbinə Uğur
"Cebheinfo.az"