Döyüşdən qayıdan təyyarə qəzaya düşdü

Döyüşdən qayıdan təyyarə qəzaya düşdü

Stavropol əyalətinin Krasnogvardeiski rayonunda qəzaya düşən təyyarənin ekipaj üzvlərindən biri həlak olub, ikisi hospitala yerləşdirilib.

Dördüncü pilotun isə axtarışı davam edir. 

“Cebhe.info” xəbər verir ki, bu barədə bölgənin qubernatoru Vladimir Vladimirov :"Telegram" kanalında bildirib. 

O, mərhum pilotun ailəsinə və yaxınlarına başsağlığı verib. Yaralananların ailəsinə isə pilotların regional tibb müəssisələrinə aparıldığını haqda məlumat verib.

Rusiya Müdafiə Nazirliyindən verilən ilkin məlumatla görə, qəzanın səbəbi texniki nasazlıq olub: 

“Rusiya Federasiyasının  Tu-22M3 təyyarəsi döyüş tapşırığını yerinə yetirdikdən sonra aerodroma qayıdarkən qəzaya uğrayıb. Pilotlardan biri həlak olub, ikisi hospitala yerləşdirilib biri isə itkin düşüb. Təyarənin göyərtəsində silah- sursat olmayıb”. 

Həsən Məmmədov
“Cebhe.info”