Dünya gözləyir: 21 fevral şənbə günü...

Dünya gözləyir: 21 fevral şənbə günü...

“ABŞ mart ayının ortalarına qədər Yaxın Şərqdə yerləşən bütün qüvvələrini geri çəkmək niyyətindədir. 

Bu da Prezident Donald Trampa İrana qarşı genişmiqyaslı hücum etmək imkanı verəcək”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Bloomberg” agentliyinin ABŞ rəsmisinə istinadən yazır. 

Bir gün əvvəl Tramp kürəkəni Cared Kuşner və xüsusi elçi Stiv Vitkoffla görüşəcək və onlar İranla danışıqların gedişatı barədə məlumat verəcəklər. Sonuncu görüş Cenevrədə baş tutub. 

Elə həmin gün rəsmilər Tehrana qarşı mümkün tədbirləri müzakirə etmək üçün vəziyyət otağında görüşdülər və onlara bildirilib ki, bölgədə yerləşən bütün ABŞ qüvvələri mart ayının ortalarına qədər mövqedə olmalıdırlar.

“FlightRadar24”-ün məlumatlarına istinadən, ABŞ hərbi nəqliyyat təyyarələrinin, tankerlərinin, kəşfiyyat təyyarələrinin və Qətər, İordaniya, Krit və İspaniyadakı bazalara gedən dronların aktivliyinin artdığını bildirir. Bunların arasında KC-46 və KC-135 tankerləri, C-130J hərbi nəqliyyat təyyarələri, E-3 Sentry hava hücumundan erkən xəbərdarlıq təyyarələri və “RQ-4 Global Hawk” kəşfiyyat dronları var. 

Vaşinqton, həmçinin “Tomahawk” kruiz raketləri və F-35C qırıcıları ilə silahlanmış üç “Arleigh Burke” sinifli esminetslərin müşayiəti ilə “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini, eləcə də ən bahalı Amerika gəmisi olan “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisini də bölgəyə göndərib. Esminetslərdə F/A-18E və F/A-18F “Super Hornet” daşıyıcı əsaslı qırıcılar, E-2D hava erkən xəbərdarlıq təyyarələri, MH-60S və “MH-60R Seahawk” helikopterləri və “C-2A Greyhound” nəqliyyat təyyarələri var.

“Bloomberg” qeyd edir ki, İrana qarşı genişmiqyaslı hücum ABŞ-ni 1991-ci ildən bəri Yaxın Şərqdə Körfəz müharibəsindən (1991) və İraq müharibəsindən (2003-2011) sonra üçüncü müharibəyə sürükləmək riski ilə üzləşdirir.

"Sülh Şurası”nın ilk iclasında Tramp dünyanın İrana qarşı növbəti on gün ərzində nə baş verəcəyini öyrənəcəyini bildirərək, Tehranın nüvə razılaşmasına çatmayacağı təqdirdə "pis şeylər baş verəcəyi" barədə xəbərdarlıq edib.

"The Wall Street Journal" qəzetinin məlumatına görə, Ağ Ev hələ İrana hücum barədə qərar verməyib. Seçimlərə rejim dəyişikliyinə məcbur etmək üçün bir həftəlik hücum, İran hökuməti və hərbi hədəflərinə qarşı daha kiçikmiqyaslı hücumlar daxildir.

Lakin “CBS News” iddia edir ki, ABŞ ordusu 21 fevral şənbə günü hücum etməyə hazırdır.

Ağ Evin mətbuat katibi Kerolin Levittin sözlərinə görə, İrana hücum üçün bir çox səbəb və arqument var “Lakin Tramp əsasən diplomatiyanı seçir”. O, Vaşinqtonun iyun ayında İranın nüvə obyektlərini hədəf alan "çox uğurlu əməliyyat" keçirdiyini xatırladıb və Tehranın razılığa gəlməsinin "çox müdrik" olacağını deyib.

Xəzər
“Cebheinfo.az”