Ərdoğan Bağçalını qəbul edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşəcək.
"Cebhe.info" xəbər verir ki, görüş bu gün Beştəpədə Bakı vaxtı ilə 15:30-da keçiriləcək. Liderlər seçkilərdən sonra siyasətdəki mülayimləşmə dönəmini və atılan müsbət addımları müzakirə edəcəklər. Həmçinin, Konstitusiya dəyişikliyi ilə bağlı məsələ də masada olacaq. Qeyd edək ki, Ərdoğanla Bağçalı ən son 2 həftə öncə - 29 apreldə bir araya gəlmişdilər.
Elmir Mustafa
"Cebhe.info"