Ərdoğan CHP sədrini məhkəməyə verdi: Üzr və 500 min...

Ərdoğan  CHP sədrini məhkəməyə verdi: Üzr və 500 min...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli məhkəməyə verib.

“Cebheinfo.az” “Haberler.com”-a istinadən xəbər verir ki, buna səbəb Özəlin Ərdoğana qarşı “xunta lideri” ifadəsini işlətməsi  olub. 

Ərdoğan CHP liderinin üzr istəməsini və 500 min lirə təzminat ödəməsini tələb edib. Həmin təzminatın yardım təşkilatına köçürüləcəyi açıqlanıb.

Elmir Mustafa
“Cebheinfo.az”