Ermənistanda aksiyaçılar İrana gedən yolu bağladı - FOTO

Ermənistanda aksiyaçılar İrana gedən yolu bağladı - FOTO

Ermənistan-İran dövlətlərarası yolu hazırda Gorusdakı Zənger abidəsi ərazisində bağlıdır. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “Ayakve” təşəbbüsünün “Telegram” səhifəsində məlumat verilib.

Xatırladaq ki, Ermənistan Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının yürüşü ötən gün İrəvana gəlib. Respublika meydanında mitinq keçirilib, arxiyepiskop xalq adından Baş nazir Nikol Paşinyanın istefası tələbini irəli sürüb. 

Xatırladaq ki, bu gün saat 18:30-da Respublika meydanında mitinq planlaşdırılır.

Xəzər
“Cebhe.info”