Ərzurumda zəlzələ

Ərzurumda zəlzələ

Türkiyənin Ərzurum vilayətində yenidən zəlzələ qeydə alınıb.

Bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Yakutiye rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

"Cebhe.info"