Ermənistan NATO-nun təlimlərinə qatıldı

Ermənistan NATO-nun təlimlərinə qatıldı

Ermənistan Müdafiə Nazirliyinin tibb batalyonu 2024-cü il aprelin 30-dan etibarən Macarıstan Respublikasının Varpalut şəhərindəki “Bakonikut” poliqonunda “Cəsur döyüşçü 2024” çoxmillətli hərbi təlimində iştirak etməyə başlayıb.

“Cebhe.info”-nun məlumatına görə, təlim NATO-nun Hərbi Tibb Mükəmməliyyət Mərkəzi tərəfindən təşkil olunub.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ən böyük beynəlxalq hərbi tibbi tədbirdə 32 ölkənin hərbi tibb bölmələri və 7 mülki təşkilat iştirak edir. 

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin tibb hissəsi səhra hospitalı kimi iştirak edir. Təlim çərçivəsində NATO standartlarına cavab verən səyyar hərbi tibb hissəsinin də iştirakı planlaşdırılır.

Təlimlər mayın 10-dək davam edəcək. 

Müşfiq Abdulla 
“Cebhe.info”