Əli Mirəliyev Vasifin plastik əməliyyatından danışdı: "Cavanlaşım deyə..."

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra verilişə qonaq olub.
“Cebhe.info” xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişinə gəlib.
V.Məhərrəmli aparıcı Elgiz Əkbərin "Üzünüz çox mübarək! Yaraşıqlı görünürsünüz. Özünüz etiraf etdiniz ki, üzünüzə əl gəzdirmisiniz, ona görə deyirəm. Müğənniyə lazımdır" sözlərini cavabsız qoyub.
İfaçı plastik əməliyyatından danışmaq istəməyib.
Qeyd edək ki, V.Məhərrəmli plastik əməliyyat vasitəsiylə üzündə cavanlaşma etdirib.
Müğənni Əli Mirəliev “Cebhe.info”-ya açıqlmasında bildirib ki, həmkarı Vasif Məhərrəmlinin plastik cərrahiyyə əməliyyatı etdirməsinə inanmır:
“Vasifi uzun müddətdir ki, sənət aləmində tanıyıram. Çox istedadlı sənət adamıdır. Uzun müddət müğənniliklə məşğul olub. Lakin plastik cərrahiyyə əməliyyatı etməsindən xəbərim yoxdur. Əgər edibsə, görünür, səhəhti ilə bağlı olan problemdən dolayı edib”.
Sənətçi qeyd edib ki, sırf gözəllik, kosmetik cərrahiyyə edən kişi sənətçiləri birmənalı qarşılamır:
“Əgər kişi müğənni özündən aslı olmayan səbəbdən xəsərat alıbsa, sifət cizgilərini, görünüşünü itiribsə, onda üzərində plastik cərrahiyyə əməliyyatı etdirə bilər. Ancaq sırf cavanlaşım deyə edirsə, o zaman xoş qarşılamıram".
Həsən Məmmədov
“Cebhe.info”