Cənubi Koreya qrupu "S.O.S"u oxudu, viral oldu

Cənubi Koreynın Kik5o və Aleksadan ibarət məşhur qrupu bir neçə gün əvvəl Bakının qonağı olub.
"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, qrup üzvləri məkanlardan birində konsert proqramı ilə çıxış ediblər.
Müğənnilər gecədə Xalq artisti Aygün Kazımovanın hit mahnısı "S.O.S"u oxuyublar. Onların bu ifası gecədə böyük coşğu ilə qarşılaşıb. Gənclər mahnını onlarla birlikdə səsləndiriblər. Kik5o və Aleksanın "S.O.S" ifası sosial şəbəkədə viral olub.
Qeyd edək ki, Aygün Kazımovanın ötən il təqdim etdiyi "S.O.S" çıxdığı gündən hit olub. Mahnı təkcə Azərbaycanda yox, bir çox xarici ölkədə də dinlənilib və sevilib. Klipin yutubda izlənmə sayı 50 milyona yaxınlaşır.
"Cebheinfo.az"