Evində yıxılan 51 yaşlı qadın öldü

Gəncədə qadın bədbəxt hadisə nəticəsində ölüb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Xocalı rayon sakini 1974-cü il təvəllüdlü Nailə Bağırova yaşadığı evdə ehtiyatsızlıqdan yıxılıb.
Ağır xəsarət alan qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"