“Sputnik”-də əməliyyat: Saxlanılanlar arasında Azərbaycan vətəndaşları da var
“Sputnik Azərbaycan” agentliyinin Bakıda saxlanılan əməkdaşları arasında Azərbaycan vətəndaşları da var.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “RİA Novosti”-yə “Rossiya Seqodnya” media qrupunun mətbuat xidmətindən məlumat verilib.
“Onlarla (iki Rusiya vətəndaşı ilə - red.) birlikdə redaksiyanın bir neçə əməkdaşı-Azərbaycan vətəndaşları da saxlanılıb”, - məlumatda deyilir.
İyunun 30-da Azərbaycanın Daxili İşlər Nazirliyi “Sputnik”-in Bakı ofisində bir neçə nəfərin saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.
Agentliyin 2025-ci ilin fevralında akkreditasiyasının dayandırılmasına baxmayaraq, qeyri-qanuni maliyyələşdirmə əsasında fəaliyyəti ilə bağlı operativ məlumatları araşdırılır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova saxlanılanları bundan əvvəl Rusiya vətəndaşları adlandırıb. Daha sonra Azərbaycan Daxili İşlər Nazirliyi Sputnik Azərbaycan-ın Bakı ofisində keçirilən reydlər nəticəsində 7 nəfərin saxlanıldığını bildirib.
Bundan əvvəl Kreml bəyan etmişdi ki, Rusiya Azərbaycan tərəfi ilə birbaşa təmaslar vasitəsilə saxlanılan jurnalistlərin azad edilməsinə nail olmağa ümid edir.
Xəzər
“Cebheinfo.az”