Azər Zahid ev dustaqlığına buraxılıb

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan Azər Zahid ev dustaqlığına buraxılıb.
Bu barədə APA-ya vəkil Yusif Seyfəlov məlumat verib.
Nərimanov Rayon Məhkəməsində hakim kamal babayevin sədrliyi ilə keçirilən məhkəmədə Azər Zahidin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
Məhkəmə vəsatəti təmin edib və Azər Zahid ev dustaqlığına buraxılıb.
O,Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinir.
"Cebheinfo.az"