Xankəndi sammitə hazırlaşır - FOTOLAR

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Sammiti Xankəndi şəhərində keçiriləcək.
“Cebheinfo.az” xəbər verir ki, 3-4 iyul tarixlərində İƏT-ə üzv ölkələrin liderləri Qarabağda bir araya gələcək.
Xankəndidə sammitə hazırlıq işləri davam edir. Küçə və prospektlərdə, tədbirin keçiriləcəyi tarix və məkanı əks etdirən plakatlar yerləşdirilib. Yol infrastrukturu yenidən qurulur.
Yollara asfalt örtüyü çəkilir. Bir çox yaşayış binası və ictimai obyektlər əsaslı şəkildə təmir olunur. Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Şəhər sakinləri, beynəlxalq iqtisadi toplantının Xankəndidə təşkilini, əlamətdar hadisə kimi dəyərləndirirlər. Bu tədbir həm də 30 ildən çox separatizmə yuva olmuş Xankəndini diqqət mərkəzinə gətirir.
Xankəndidə baş tutacaq 17-ci sammitdə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı, bölgənin gələcəyi ilə yanaşı dünyada baş verən son hadisələr də müzakirə olunacaq.
Xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra - 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Təşkilatın hazırki üzvləri Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Əfqanıstan və Özbəkistandır.
Bildirək ki, İƏT-in 16-cı Zirvə Görüşü 2023-cü il noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilib.
“Cebheinfo.az”