Bu müəllimlərlə bağlı QƏRAR VERİLDİ

Təkrar sertifikatlaşdırmada iştirak etməyən 334 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə məlumatı Elm və Təhsil Nazirliyi verib.
Nazirlikdən bildirlib ki, təkrar sertifikatlaşdırma prosesində iştirak edən 4 nəfərin nəticələri imtahan qaydalarını pozduğu üçün ləğv olunub.
Xatırladaq ki, cari ilin əvvəlindən ötən il sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə ehtiyaclarına uyğun olaraq Təhsil İnstitutu tərəfindən təlimlər, müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub. Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib.
Nigar
“Cebheinfo.az”