Azərbaycan-Ermənistan protokolu bu gün imzalanacaq?

Azərbaycan-Ermənistan protokolu bu gün imzalanacaq?

Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi üzrə komissiyalar aprelin 19-da yaydıqları birgə bəyanatda demarkasiya olunmuş ərazilərlə bağlı protokolun imzalanması üçün mayın 15-nə qədər vaxt təyin edilmişdi.

Bununla belə, hazırda sənədin bu gün imzalanıb-imzalanmayacağı hələ bəlli deyil.

“Cebhe.info” xatırladır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Tavuş vilayətində sərhədin demarkasiyası 90% tamamlanıb. “Günən (Kirants) hissəsində bizim 12 sərhəd məntəqəmiz var, hazırda 8 nöqtə artıq müəyyən edilib, yəni sütunlar yerləşdirilib. Ancaq ən həssas olan üç nöqtəni ayırmaq lazımdır. Problemi elə həll edəcəyik ki, sakinlər razı qalsınlar. İndi bu istiqamətdə işlər gedir”.

Qeyd edək ki, Günəndə sərhədin demarkasiyası ilə bağlı işlər ötən həftədən dayandırılıb. Kənd körpüsü, məktəb və bir neçə fərdi evlə bağlı mübahisəli məqamlar hələ də həllini tapmayıb. Bu 3 bəndin sərhədlərinin müəyyənləşdirilməsinin necə aparılacağı hələlik bəlli deyil.

Xəzər

“Cebhe.info”