İsrail Qəzza zolağında 20 fələstinlini qətlə yetirib

İsrail Qəzza zolağında 20 fələstinlini qətlə yetirib

İsrail ordusunun Ramazan bayramının ikinci günü Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 20 fələstinli həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi "WAFA"-nın məlumatına görə, İsrail ordusu Qəzza zolağının cənubundakı

Xan Yunis şəhərində fələstinli “Mikdad” ailəsinin evini bombalayıb. 

Hücum nəticəsində 4 fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb.

İsrail ordusunun şəhərin Abasan əl-Kəbirə bölgəsində fələstinli “ən-Nəccar” ailəsinə məxsus evi hədəf alması nəticəsində iki fələstinli həyatını itirib.

Xan Yunisin mərkəzində Kamal Muammar adlı fələstinlinin evini gecə saatlarında bombalanması nəticəsində 6 nəfər həlak olub.

İsrail ordusunun şəhərin qərbində məcburi köçkün fələstinlilərin qaldığı çadırı bombalaması nəticəsində 2 fələstinli ölüb, çoxlu sayda fələstinli yaralanıb.

Qəzzanın mərkəzində yerləşən Əl-Məsdər kəndini hədəf alınması nəticəsində 3 fələstinli həyatını itirib.

Zəvayidə qəsəbəsinin qərbində yerləşən Es-Sevariha bölgəsində məcburi köçkün fələstinlilərin qaldığı çadırı bombalanması nəticəsində 1 nəfər ölüb, çoxlu sayda yaralı var.

İsrail döyüş təyyarələrinin Qəzzanın şimalındakı Cibaliya bölgəsində fələstinliləri hədəf alması nəticəsində 2 nəfər həyatını itirib.

Bundan əlavə, İsrail ordusuna məxsus pilotsuz təyyarənin Qəzzanın mərkəzində yerləşən Bureyc Qaçqınlar Düşərgəsində BMT-nin

Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) idarə etdiyi məktəbi bombalaması nəticəsində bir uşaq yaralanıb.

Bayramın ilk günündə Qəzzaya təşkil edilən hücumlarda ən azı 33 fələstinli həyatını itirib.

Nigar Hacılı 
"Cebheinfo.az"