Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

Amerika yazıçısı Pol Oster vəfat edib.

Modern.az xəbər verir ki, o, 77 yaşında həyatdan köçüb.

Oster ağciyər xərçəngindən yaranan ağırlaşmalar səbəbindən dünyasını dəyişib.

Oster 1947-ci ildə Nyu Cersidə anadan olub. Onun yazıçılıq karyerası 8 yaşında başlayıb.

Əsərlərində ümumiyyətlə postmodern üsullardan istifadə edən, fantastik personajların real dünya ilə iç-içə olmasını əks etdirib. Oster ədəbi əsərlərindən əlavə müxtəlif film ssenariləri də yazıb.

"Cebhe.info"