Paşinyandan Minsk Qrupu ilə bağlı yeni təklif

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana yeni təklif irəli sürüb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.
O, sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması barədə birgə bəyanatın eyni vaxtda imzalanmasını təklif edib.
“Yəni sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə bəyanatı masaya qoymaq, həm birincini, həm də ikincini eyni yerdə və eyni vaxtda imzalamaq”, - Paşinyan qeyd edib.
"Cebheinfo.az"