Polis 63 nəfəri saxlayıb

Polis 63 nəfəri saxlayıb

Tbilisidə Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyası zamanı polis 63 nəfəri saxlayıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib.

Daraxvelidze "Daxili İşlər Nazirliyinin əməkdaşları Rustaveli küçəsində keçirilən mitinqdə 63 nəfəri 166 və 173-cü maddələrlə asayişi pozduqlarına və polisin əmrlərinə tabe olmadıqlarına görə saxlayıblar", - deyə bildirib.

Qurum rəsmisi onu da bildirib ki, mitinq iştirakçıları tərəfindən törədilmiş zorakılıq nəticəsində Daxili İşlər Nazirliyinin 6 əməkdaşı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Nigar Hacılı 
"Cebhe.info"