Putinin xüsusi nümayəndəsi İrəvana gəlib

Erm'nistan Baş nazirin müavini Mher Qriqoryan Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyu qəbul edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüş zamanı həmsöhbətlər iki ölkə arasında təhsil, elm və mədəniyyət sahələrində mövcud və perspektiv əməkdaşlıq proqramlarını müzakirə ediblər.
İki ölkə arasında turist axınının stimullaşdırılmasına yönəlmiş tədbirlər də müzakirə olunub.
Tərəflər tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiqləyib və yeni birgə təşəbbüsləri həyata keçirməyə hazır olduqlarını bildiriblər.
"Cebheinfo.az"