Qəzzada görünməmiş vəziyyət

Qəzzada görünməmiş vəziyyət

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (OCHA) Qəzza Regional Ofisinin rəhbəri Georgios Petropoulos Qəzzada mövcud vəziyyət fövqəladə vəziyyətin görünməmiş həddinə çatdığını deyib.

"Cebhe.info" xəbər verir ki,  Petropoulos BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransına onlayn olaraq qatılıb.  İsrailin intensiv hücumlarına məruz qalan Qəzzada son vəziyyətlə bağlı qiymətləndirmələr aparılıb.

“Qəzzada mövcud vəziyyət görünməmiş fövqəladə vəziyyətə çatıb” ifadəsini işlədən Petropulos, İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə hücumlarının, eləcə də oradakı insanların təxliyə tələbinin, çoxunun daha əvvəl dəfələrlə didərgin düşmüş ən azı 110 min insanın məcburi köçkünləşməsi ilə nəticələndiyini bildirib.

Petropoulos bildirib ki, İsrail qüvvələri tərəfindən Rəfah Sərhəd Qapısının bağlanması humanitar fəaliyyətlər üçün yanacaq və kritik humanitar ləvazimatların ölkəyə girişini məhdudlaşdırır:

"Humanitar əməliyyatlar yanacaqsız davam etdirilə bilməz. Yanacaq doldurulması dərhal bərpa edilməsə, bir neçə gün ərzində humanitar yardım, rabitə və bank fəaliyyəti dayandırılacaq".

Petropulos qeyd edib ki, yanacağın çatışmazlığı bütün həyati vacib sektorlara təsir edəcək.

 Petropoulos 24 saat ərzində Qəzzanın səhiyyə nazirliyi tərəfindən idarə olunan 5 xəstəxananın, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinin (UNRWA) istifadə etdiyi 17 sağlamlıq mərkəzinin, 5 səhra xəstəxanasının, tibb müəssisələr və 28 təcili tibbi yardım maşının yanacağının bitmə ehtimalı olduğunu bildirib. 

Nigar Hacılı 
"Cebhe.info"