Qəzzada ölənlərin sayı artır

Qəzzada ölənlərin sayı artır

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 57 nəfər artaraq 50 752-yə çatıb.

"Cebheinfo.az" xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.Xəstəxanalarda son 24 saat ərzində 57 nəfərin öldüyü, 137 nəfərin yaralandığı qeyd edilib.

Yanvarın 19-da razılaşdığı atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 1 391 fələstinlinin həyatını itirdiyi, 3 434 fələstinlinin isə yaralandığı bildirilib.Bəyanatda dağıntılar altında və yol kənarında hələ də çatıla bilməyən çoxlu cəsədin olduğu, İsrail qüvvələrinin təcili yardım və mülki müdafiə qruplarının cəsədlərə çatmasına mane olduğu da bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"