Almaniyada təhsil dayandırıldı - SƏBƏB

Almaniyada bəzi məktəblər təhdid məktubu səbəbiylə təhsil bir gün müddətinə dayandırıldı.
"Cebheinfo.az" xəbər verir ki, Duysburq polisi verdiyi açıqlamada, hələlik adları müəyyən edilməmiş ifrat sağçı ekstremistlərin bəzi məktəblərə təhdid dolu elektron məktublar göndərdiyini bildirib.Açıqlamada təhlükə səbəbindən Almaniyanın Duysburq şəhərindəki 15 ibtidai və orta məktəbdə təhsilin bir gün müddətinə dayandırıldığı, 18 min şagirdin bu çərçivədə məktəbə gedə bilməyəcəyi qeyd edilib.Göndərilən elektron məktublarda “təmizlik”dən bəhs edildiyi və bu sözün də Milli Sosialist dövründə yəhudi, sinti, romanlar və əlillərə qarşı edilən zülmü ifadə etmək üçün istifadə edildiyi bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"