Aİ Ukraynada atəşkəs istəsə də, onu silahlandırmağa davam edəcək

Avropa İttifaqı (Aİ) Ukraynada atəşkəslə bağlı müzakirələrin davam etdirilməsini dəstəkləyir.
Bunu Aİ diplomatiyasının rəsmi nümayəndəsi Anitta Hipper brifinqdə bildirib.
"Bu müzakirələrin nəticələri daha güclü Ukraynaya gətirib çıxarmalıdır. Biz əmin olmalıyıq ki, atəşkəs baş tutacaq, sülh ədalətli, davamlı və etibarlı olacaq", - o deyib.
Onun sözlərinə görə, hazırda Aİ-nin prioriteti Kiyevə 2 milyon artilleriya sursatının tədarük edilməsidir.
"Cebheinfo.az"