Lənkəranda təmir sexində yanğın

Lənkəranda təmir sexində yanğın

Lənkəranda yanğın hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, yanğın hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran şəhəri ərazisində yerləşən müxtəlif növ əşyaların təmiri sexində qeydə alınıb.Dərhal əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb.

Fakt araşdırılır.

"Cebheinfo.az"