Elçin Cəlilov: “Heç olmasa, Əməkdar artist adını versinlər”

“Mən fəxri adı layiq olduğum vaxt almaq istəyərəm. Arxasınca düşüm, mənə fəxri ad versinlər... Həqiqətən xalqın sevgisi mənim üçün daha önəmlidir. Amma sənətdə olduğumuz üçün fəxri adlar da olmalıdır”.
"Cebheinfo.az" olay-a istinadən xəbər verir ki, bunu Elçin Cəlilov deyib.
O izah edib:
“Fəxri ad üçün nə etməliyəm?” - deyə, heç zaman düşünməmişəm. Olmayacaqsa, olmayacaq, olacaqsa, olacaq. Əsas odur ki, mahnılarım, özüm bir insan kimi yadda qalım. Mənim üçün ən önəmli bunlardır. Gərək böyük bir zəhmət olsun ki, bunun qarşılığında heç olmasa “Əməkdar artist” fəxri adını versinlər.
“Əməkdar artist” nə deməkdir? Əməyinin qarşılığını alan sənətçi. Ona görə də buraxaq xalqın öhdəsinə. Qoy xalq səni sevsin. Onlar hər yerdə deyəcəklər ki, bizim artistimiz elə budur”.
"Cebheinfo.az"