Nadiri toylardan gen salıblar: “İnhisar var”

“Toyun da şitini çıxartdılar. Toyda da monopoliyadır. Görürəm və qulağım eşidir”.
"Cebheinfo.az" olay-a istinadən xəbər verir ki, bu sözləri Nadir Qafarzadə “Gün ortası” verilişində deyib.
Müğənni toylarda yaranan monopoliyadan şikayətlənib:
“Mənə zəng gəlir, deyir, görüşək və ya bank kartımı istəyir, beh atmaq üçün. Amma gəlmir. Bilirəm ki, məni “burdu”lar, başqasını saldılar. Son zamanlar bu hallar çox yaşanır. Şadlıq evlərində administratorlar inhisar yaradıb. Hamıya aid deyil. Kişi kimiləri də var. Amma nakişilər səni elə "burur" ki, heç ruhun da incimir”
"Cebheinfo.az"