"Hər yerindən duran Aygün Kazımova haqqında danışır" - VİDEO

"Hər yerindən duran Aygün Kazımova haqqında danışır" - VİDEO

Bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudova "Tarixin bir günü" verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, aktrisa bir neçə mahnısı trendə düşən müğənnilərin illərdir səhnədə olan sənətkarlar haqqında fikir bildirmələrini qınayıb:

"Şərt o deyil ki, oxuyanlar muğam ifa etsin. Aygün Kazımova, Röya Ayxan brenddir. Onlara toxunmaq olmaz. Hər yerindən duran Aygün Kazımova haqqında danışır. Sənətkar Alim Qasımov, Arif Babayev, Flora Kərimova, Brilliant Dadaşova, Zeynəb Xanlarovadır. Mahnısı 2 dəfə trendə düşür, deyir ki, "sənətkaram". Haqqın tərəfdarıyam. Biri var çayxana oxuyanı, bir də var, Aygün Kazımova kimi elitar, brend. Aygün mənim nəyimdir ki? Amma o, həqiqətən sənətkardır. Uşaq vaxtından oxuyur. Yaxşı ifa edir. Ona, Röyaya qulaq asıram, xoşuma gəlir. Heç kimlə də işləri yoxdur. Sənəti olmayanlar kiməsə badalaq vurur".

"Cebheinfo.az"